ELM VƏ TƏHSİL


Tələbələr BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini müzakirə ediblər

Bakı, 15 mart, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, BMT-nin ölkəmizdəki nümayəndəliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə “AzMUN” proqramı çərçivəsində BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri haqqında seminar və “Bootkamping” keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə 4 Dayanıqlı İnkişaf Məqsədi - yoxsulluğa son, aclığa son, sağlamlıq və rifah, keyfiyyətli təhsil haqqında məlumatlandırma aparılıb.

Tədbirdə “Mərkəzi Asiya üzrə Subregional Ofis ölkələrində ərzaq israfı və tullantısının azaldılması” layihəsinin mütəxəssisi Pərviz Əliyev, UNICEF-in nümayəndəsi Natiq Umarov, “AzMUN” proqramının rəhbəri Leyla Məmmədzadə iştirak ediblər.

Seminardan sonra tələbələrlə komanda işləri görülüb. Fəal tələbələrə sertifikat və hədiyyə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.