ELM VƏ TƏHSİL


Tələbələr İnformasiya Texnologiyaları İnstitutunda təcrübə keçirlər

Bakı, 11 sentyabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tətbiqi riyaziyyat ixtisası üzrə təhsil alan və hazırda institutda elmi tədqiqat təcrübəsi keçən IV kurs tələbələri ilə görüş keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə elmi katib Mədinə Səidova informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi tədqiqatlar barədə məlumat verib. O, informasiya texnologiyaları sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı həyata keçirildiyini diqqətə çatdırıb. Bu sahədə tədqiqat aparan gənclərə böyük ehtiyac olduğunu qeyd edən Mədinə Səidova tələbələrə institutda mövcud olan elmi mühit və təcrübədən yararlanmağı, nəzəri və texnoloji biliklərə yiyələnməyi tövsiyə edib.

Şöbə müdiri Gülnarə Nəbibəyova elmi-tədqiqat təcrübəsi üçün instituta təhkim olunan tələbələrin veb-texnologiyalar, onların elmi-nəzəri problemləri, veb-saytların yaradılması və klassifikasiyası istiqamətlərində araşdırma apardıqlarını bildirib.

Sonra elmi-tədqiqat təcrübəsi rəhbərləri tələbələrin təhkim olunduqları şöbələrdə apardıqları araşdırmalar haqqında məlumat veriblər.

Sonda suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.