ELM VƏ TƏHSİL
Tələbələr Milli Azərbaycan Ədəbiyyatı Muzeyində təcrübə keçəcəklər
Bakı, 23 fevral, AZƏRTAC
Ölkəmizdə “Elm haqqında” Qanunun prinsiplərinə uyğun olaraq ali təhsil müəssisələri ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə əməkdaşlığı və təcrübə mübadiləsi bu gün də uğurla davam etdirilir.
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən AZƏRTAC-a bildirilib ki, Bakı Slavyan Universitetinin filologiya, Bakı Dövlət Universitetinin isə şərqşünaslıq ixtisasları üzrə təhsil alan tələbələri bu elm müəssisəsində təcrübə keçəcəklər. Ali məktəblərin 35 nəfərdən ibarət müəllim və tələbə heyəti iki aylıq təcrübə müddətində muzeyin zəngin və geniş ekspozisiya zallarında bir neçə dildə təlimatlandırılacaq, elmi şöbələrin fəaliyyəti ilə tanış olacaq, ədəbiyyatşünaslıq, şərqşünaslıq, muzeyşünaslıq üzrə seminar məruzələrini dinləyəcəklər.
Tələbələrin tədris təcrübəsi mayın 24-də yekunlaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]