REGİONLAR


Tələbələr Nəbatat bağında keçirilən elmi-praktik seminarda iştirak ediblər

Naxçıvan, 19 fevral, AZƏRTAC

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülmüş Biologiya ixtisası tələbələrinin iştirakı ilə “Nəbatat bağında yerləşən istilikxananın bitkiliyi” mövzusunda elmi-praktik seminar təşkil edilib.

Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, seminarda institutun Nəbatat şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Teyyub Paşayev tələbələrə nəbatat məfhumu, Nəbatat bağlarının elmi əhəmiyyəti, məqsəd və vəzifələri, burada becərilən bitkilərin xüsusiyyətləri, becərilmə texnikası haqqında məlumat verib.

“Naxçıvan Muxtar Respublikasının iqlim şəraitinə uyğun olmayan ekvatorial, subekvatorial, tropik bitki nümunələri istilikxanada toplanaraq onlar üzərində elmi tədqiqat işlər aparılır”,- deyən Teyyub Paşayev istixanada yetişdirilən bitkilərdən, onların artırılması üsullarından ətraflı bəhs edib. Bildirib ki, aparılan elmi-tədqiqat işlərinin əsas məqsədi başqa iqlim qurşaqlarına məxsus bitkilərin muxtar respublikanın iqlim şəraitinə uyğunlaşdırılması və yaşıllaşdırmada istifadə imkanlarının öyrənilməsindən ibarətdir.

Sonda tələbələrin istixananın iş prinsipi, becərilən bəzi bitki növləri, aparılan tədqiqatların nəticələri ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, elmi-praktik seminar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.