ELM VƏ TƏHSİL


Tələbələr Şuşa şəhərinin memarlıq abidələrinin bərpa eskiz layihələrini hazırlayıblar

Bakı, 11 iyul, AZƏRTAC 

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) son kurs tələbələrinin buraxılış işlərinin onlayn müdafiəsi başa çatıb.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, müdafiə prosesində məzunlar tərəfindən maraqlı və yaddaqalan buraxılış işləri təqdim olunub. Son kurs tələbələrindən Hüsniyyə Kərimova və Süsən Məlikovanın “Şuşa şəhərinin memarlıq abidələrinin bərpa eskiz layihəsi” mövzusunda buraxılış işi Dövlət Attestasiya Komissiyası üzvləri tərəfindən yüksək qiymətləndirilib. Tələbələr Şuşa şəhərində ən tanınmış 6 abidəni (Aşağı Gövhər Ağa məscidi, Mehmandarovların malikanə kompleksi, Şuşa qalası divarı, Natəvanın evi və s.) seçiblər. Onlar abidələrə məxsus tarixi arxiv sənədlərini qaldıraraq həmin abidələri işğaldan əvvəlki vəziyyətinə qaytarmaq üçün təkliflərini veriblər. Bu abidələr ermənilər tərəfindən planlı şəkildə vandalizmə uğradılan, toponimləri dəyişdirilən, erməniləşdirilən milli-mədəni irsimizin bir parçasıdır. Buraxılış işləri professor Səbinə Hacıyevanın rəhbərlik etdiyi Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasında yerinə yetirilib.

Xatırladaq ki, Azərbaycan Memarlıq və İnşaat Universitetindən məzun olan 454 tələbə buraxılış işini müvəffəqiyyətlə müdafiə edib.

Universitetin ən qocaman fakültəsi sayılan Memarlıq fakültəsində də IV kursda təhsil alan 203 tələbədən 190 nəfəri yekun dövlət attestasiyası buraxılış işlərini müdafiə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.