ELM VƏ TƏHSİL
Tələbələr Tarix Muzeyində
Bakı, 1 oktyabr, AZƏRTAC
Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin tarix müəllimliyi ixtisası üzrə təhsil alan tələbələri Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov tələbələri Şuşa şəhərinin tarixinə həsr olunmuş sərgi zalı ilə tanış edib. O, eyni zamanda, Vətən müharibəsi fondu haqqında ətraflı məlumat verib.
Sonra tələbələr “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” və “Silahın mistik gözəlliyi (XVI-XIX əsrlər Azərbaycan silahı)” adlı sərgilərlə tanış olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [11:50]
AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib
- 20.04.2024 [11:38]
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
- 19.04.2024 [22:58]