ELM VƏ TƏHSİL


Tələbələr arasında “Red Bull Mind Gamers” yarışı keçirilib

Bakı, 1 noyabr, AZƏRTAC 

Azərbaycan Texniki Universitetində (AzTU) Gənclərin Virtual İdarəetməsi və İnkişafı Mərkəzinin (GVİİM) təşkilatçılığı ilə tələbələr arasında “Red Bull Mind Gamers” yarışı keçirilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, prorektor İsa Xəlilov “Red Bull Mind Gamers” yarıcı haqqında məlumat verib. Prorektor bildirib ki, bu yarış özləri ilə mübarizə aparmaq istəyən insanlar üçün tamamilə düşündürücü, interaktiv məzmuna malik və real həyatla əlaqəli olan tədbirlər təklif edir.

Daha sonra tələbələr yarışda iştirak etmək üçün qeydiyyatdan keçiblər.

Qeyd edək ki, “Red Bull Mind Gamers” 2-ci dünya çempionatı 2019-cu ilin mart ayında keçiriləcək. Dünya çempionatında iştirak üçün komandalar 2 mərhələli yarış prosesindən keçməli olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.