İDMAN


Tələbələr arasında dama və şahmat yarışlarının qalibləri müəyyənləşib

Bakı, 31 oktyabr, AZƏRTAC

“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsili müəssisələri tələbələri arasında respublika birinciliyi keçirilir.

AZƏRTAC xəbər verir ki, birinciliyin təqvim planına idmanın 5 növü - şahmat, dama, stolüstü tennis, voleybol və basketbol üzrə yarışlar daxildir.

Birinciliyə dama və şahmat yarışları ilə start verilib.

Yarışlar Azərbaycan Dövlət Pedaqoji Kollecinin idman zalında keçirilib. Oğlanların dama yarışında Azərbaycan Dövlət Pedaqoji Kollecinin komandası birinci olub. Qızların mübarizəsində isə 1 nömrəli Bakı Tibb Kollecinin tələbələri fərqləniblər.

Oğlanların şahmat yarışında Bakı İdarəetmə və Texnologiya Kolleci, qızların mübarizəsində isə 1 nömrəli Bakı Tibb Kollecinin komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.