İDMAN


Tələbələr arasında keçirilən futzal turnirinə yekun vurulub

Tələbələr arasında keçirilən futzal turnirinə yekun vurulub

Bakı, 5 may, AZƏRTAC

AFFA və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş ali təhsil müəssisəsinin fakültələri arasında keçirilən futzal turnirinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, AzTU-nun idman zalında keçirilən final qarşılaşmasında Energetika və Avtomatika fakültəsinin komandası İTT fakültəsinin komandasını 8:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Qalib komanda AFFA tərəfindən kubokla təltif edilib.

Turnirdə ilk üç yeri tutan komandalara müvafiq medallar və diplomlar təqdim olunub, müxtəlif nominasiyalar üzrə fərqlənən oyunçulara mükafatlar verilib.

Qalib komandaya kuboku AFFA-nın Kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılov və AzTU-nun rektoru Vilayət Vəliyev birlikdə təqdim ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.