ELM VƏ TƏHSİL


Tələbələr arasında keçirilmiş bədii yaradıcılıq festivalının yekun konserti olub

Bakı, 8 may, AZƏRTAC

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilmiş bədii yaradıcılıq festivalının yekun konserti olub. Festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə nazir müavini Firudin Qurbanov çıxış edərək ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bütün sahələrin, o cümlədən təhsil sisteminin sürətlə inkişaf etdiyini vurğulayıb və dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.

F.Qurbanov bildirib ki, bu il festivala respublika üzrə ümumilikdə 17 ali məktəb və 10 kollec qatılıb. İki mərhələdə keçirilən festivalda 800-ə yaxın tələbə iştirak edib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ümummilli lider Heydər Əliyevin doğma Vətən və xalq qarşısında əvəzsiz xidmətlərindən danışıb. O, bədii yaradıcılıq festivalının şagird və tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi, istedadlı gənclərin aşkara çıxarılması baxımından əhəmiyyətli rolunu diqqətə çatdırıb.

Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi tələbələri vətənpərvərlik, milli adət-ənənələrə hörmət ruhunda tərbiyə etmək, istedadlı gəncləri aşkara çıxarmaq və onların bədii-estetik səviyyəsini yüksəltməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.