İQTİSADİYYAT


Tələbələr arasında keçirilmiş məqalə müsabiqəsinin qalibləri mükafatlandırılmışlar

Bakı, 31 may (AZƏRTAC). Mayın 31-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı və “Paşa Bank”ın dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alan bakalavr və magistr dərəcəli tələbələr arasında “Qiymətli kağızlar bazarının inkişafında tənzimləyicinin rolu” mövzusunda ən yaxşı məqalə müsabiqəsinin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi keçirilmişdir.

Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə müsabiqə iştirakçılarına diplomlar, pul mükafatları və müxtəlif hədiyyələr təqdim olunmaqla yanaşı, ilk beş yerin qaliblərinə QKDK-da iki ay müddətinə təcrübə qazanmaq imkanı yaradılacağı elan edilmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.