Tələbələr arasında minifutbol çempionatında 16 komanda mübarizə aparır
AzerTAg.az
Bakı, 5 dekabr, AZƏRTAC
Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyinə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında minifutbol üzrə ölkə çempionatı keçirilir.
AZƏRTAC xəbər verir ki, Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, AFFA, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi və “Azfar Group” QSC-nin dəstəyi ilə keçirilən çempionatda 16 komanda iştirak edir.
Yarışın birinci mərhələsində komandalar 8 yarımqrupa bölünərək mübarizə aparırlar.
Qeyd edək ki, çempionatın keçirilməsində əsas məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında minifutbol idman növünü təbliğ etmək, perspektivli idmançıları aşkarlamaq və onların ustalardan ibarət komandalara cəlb edilməsinə zəmin yaratmaqdan ibarətdir.






Xəbərin mətnində orfoqrafik səhv var