ELM VƏ TƏHSİL


Tələbələr bank və insan resurslarının idarə olunması barədə məlumatlandırılıb

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Bank Respublika”nın məsul işçiləri tərəfindən “Ümumi bank və insan resurslarının idarə olunması” mövzusunda təlim keçirilib.

Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, “Bank Respublika”nın İnsan resursları departamentinin rəhbəri Ayan Buniyatzadə, Təlim və inkişaf şöbəsinin müdiri Jalə Nəcəfova tələbələrə ustad dərsləri keçiblər.

“Ümumi bank işi” mövzusunda çıxış edən Jalə Nəcəfova “Bank Respublika”nın fəaliyyəti, xidmətləri və həyata keçirilən layihələr barədə məlumat verib, tələbələrin suallarını cavablandırıb.

Ayan Buniyatzadə insan resurslarının idarə olunması, peşəkar yazı üslubu və mükəmməl səviyyəli CV-lərin hazırlanma mexanizmi haqqında məlumat verib. Tələbələrin gələcək həyatında, xüsusilə işə qəbul prosesində bu məlumatların faydalı olacağını bildirib.

Təlimin sonunda təşkilatçılar tərəfindən tələbə və məzunlar üçün təcrübə və iş imkanları, ustad dərsləri, təlimlərin təşkili və s. məsələlərlə bağlı davamlı tədbirlərin təşkili qərara alınıb.

Tədbirdə ATMU-nun Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova, şöbənin mütəxəssisi Lalə Qafarova və tələbələr iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.