ELM VƏ TƏHSİL


Tələbələr beynəlxalq imtahanlarla bağlı məlumatlandırılıb

Bakı, 5 dekabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) Strateji inkişaf şöbəsinin əməkdaşları Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri üçün Kembric ingilis dili kvalifikasiyaları və ICDL (International Computer Driving Licence) imtahanı haqqında məlumat sessiyası keçiriblər.

Bu barədə AZƏRTAC-a DİM-dən bildirilib. Sessiyanın əsas hissəsi Kembric ingilis dili kvalifikasiyalarına və ICDL imtahanları barədə təqdimata həsr olunub. Belə ki, Kembric imtahanlarının beynəlxalq səviyyədə tanınması, müxtəlif səviyyə imtahanlarını (A1, A2, B1, B2) vermək imkanı, sertifikatının müddətsiz olması və əlçatan hazırlıq imkanları kimi üstünlükləri vurğulanıb. Daha sonra ICDL imtahanının rəqəmsal bacarıqların yoxlanılmasında əhəmiyyəti və imtahana hazırlıq prosesi barədə məlumat verilib.

Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri kimi Kembric ingilis dili kvalifikasiyaları (Cambridge English Qualifications), Kembric ingilis dilinin tədrisi (Cambridge English Teaching) və “LinguaSkill”, həmçinin müraciət əsasında Kembric ingilis dili səviyyə testi (Cambridge English Placement Test) imtahanlarını keçirir.

DİM-ə ICDL beynəlxalq imtahanlarının keçirilməsi üçün lisenziya 2020-ci ilin noyabr ayında verilib və DİM Azərbaycanda ICDL imtahanlarını təşkil edən yeganə akkreditasiya olunmuş test mərkəzidir. ICDL 100-dən artıq ölkədə 14 milyondan çox insanın kompüterdən və kompüter proqramlarından istifadə etmək üçün lazım olan bilik və bacarıqlarını ölçən beynəlxalq dərəcəli sertifikatlaşdırma proqramıdır. Namizədlər ixtisas və peşə tələblərinə uyğun olaraq ICDL-in müvafiq modullarından imtahan verib sertifikat ala bilirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.