REGİONLAR


Tələbələr fövqəladə hallar zamanı davranış və təhlükəsizlik qaydaları barədə məlumatlandırılıblar

Bakı, 24 may, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzinin təşkilatçılığı ilə “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda maarifləndirici seminar keçirilib. Seminarda universitetin tələbələri və magistrantları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əsas məqsəd müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə hallar zamanı müvafiq davranış və təhlükəsizlik qaydaları barədə tələbələrin məlumatlandırılması olub.

Seminarda çıxış edən MDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Ariz Abbasov fövqəladə hallarda təhlükəsizlik qaydalarını bilməyin vacibliyini qeyd edib, seminarın əhəmiyyətini vurğulayıb və təşkilatçılara təşəkkürünü bildirib.

Sonra FHN-in Aran Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi, mayor Elşən Bəşirov “Fövqəladə Hallar Nazirliyinin və Nazirliyin Aran Regional Mərkəzinin fəaliyyəti”, Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi, kapitan Vüqar İbrahimli “Təbii və texnogen mənşəli fövqəladə hallar”, Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi, polkovnik-leytenant Xəqani Əliyev “Fövqəladə hal nədir? Fövqəladə hallar zamanı davranış qaydaları” və MDU-nun müəllimi İlham Məmmədov “Mina təhlükəsizliyi” mövzusunda çıxış ediblər.

Məruzələr ətrafında aparılan müzakirələrdən sonra seminarın praktiki hissəsi Mingəçevir SES-in sığınacağında davam etdirilib.

Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin fövqəladə hallarda mülki müdafiə hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq maarifləndirici tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.