ELM VƏ TƏHSİL


Tələbələr gömrük orqanlarında təcrübəyə başlayıblar

Bakı, 23 fevral, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) IV kurs tələbələri fevralın 22-dən etibarən Dövlət Gömrük Komitəsinin struktur bölmələrində 14 həftəlik istehsalat təcrübəsinə başlayıblar.

DGKA-dan AZƏRTAC-a bildirilib ki, akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov təcrübəyə gedəcək tələbələr və onların təcrübə rəhbərləri ilə görüşüb. O, son illərdə gömrük sahəsində aparılan islahatlardan, eləcə də akademiyada keçirilən beynəlxalq tədbirlərdən danışıb. Tələbələrin yüksək bilik və bacarıqlarının formalaşması üçün akademiyada lazımi avadanlıq və şəraitin olduğunu bildirən Q.Novruzov nəzəri fənləri uğurla bitirmiş "İqtisadiyyat" və "Hüquqşünaslıq" ixtisası üzrə IV kurs tələbələrinə gömrük sahəsində praktiki bilikləri əldə etmələri üçün bu təcrübənin önəmli bir fürsət olduğunu qeyd edib.

Akademiya rəisi Dövlət Gömrük Komitəsinin struktur bölmələrində təcrübə zamanı tələbələrin əldə edəcəkləri biliklərlə buraxılış işlərini zənginləşdirəcəklərini deyib.

Q.Novruzov istehsalat təcrübəsinin dördillik təhsilin sonuncu və çox önəmli bir mərhələsi olduğunu vurğulayıb. O qeyd edib ki, tələbələr dörd ildə qazandıqları nəzəri bilikləri təcrübə vaxtı əyani şəkildə tətbiq etməyi öyrənirlər. Akademiya rəisi tələbələrə öz tövsiyələrini verib və uğurlar arzulayıb.

Qeyd edək ki, "İqtisadiyyat" və "Hüquqşünaslıq" ixtisası üzrə IV kurs tələbələri akademiyanın müvafiq tədris planlarına əsasən bütün dərsləri uğurla başa çatdırıblar və ixtisasları üzrə gömrük sahəsi ilə əlaqəli buraxılış işi mövzuları seçiblər. Tələbələrin tədqiqat mövzularına müvafiq olaraq komitənin müvafiq struktur bölmələrində istehsalat təcrübəsi keçmələri uyğun görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.