ELM VƏ TƏHSİL


Tələbələr informasiya texnologiyalarından istifadə qaydaları haqqında məlumatlandırılır

Bakı, 29 oktyabr, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) “SABAH” Mərkəzinin təşəbbüsü ilə informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə təlimlərə başlanılıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müxtəlif ali məktəblərdə təhsil alan gənclərin cəlb olunduğu təlimlər AzTU-nun “SABAH” Mərkəzinin müəllim və tələbələri tərəfindən keçirilir. Tələbələrə İKT-nin incəlikləri, o cümlədən tədris prosesində informasiya texnologiyalarından istifadə qaydaları haqqında məlumat verilir.

Təlimi uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunacaq. Təlimlərin cari dərs ilinin sonunadək mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.