ELM VƏ TƏHSİL


Tələbələr institutda tədqiqat nəticələri ilə tanış olublar

Tələbələr institutda tədqiqat nəticələri ilə tanış olublar

Bakı, 30 mart, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsi keçən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kimya mühəndisliyi ixtisası üzrə bir qrup IV kurs tələbəsi üçün maarifləndirmə seminarı keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

İnstitutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev bildirib ki, təcrübə keçən universitet tələbələri ayrı-ayrı laboratoriyalarda aktual mövzularda aparılan tədqiqatların nəticələri ilə tanış etmək nöqteyi-nəzərdən belə seminarların böyük əhəmiyyəti var. Bu, həm də tələbələrdə elmə maraq yaratmaqla onları düzgün istiqamətləndirir.

Sonra institutun Alkilfenol əsasında çoxfunksiyalı üzvi birləşmələr laboratoriyasının aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru, dosent Əli Qədirov “Mürəkkəb efir əsasında sintetik aviasiya yağları, antioksidləşdirici aşqarlar və onların mexanizmi” mövzusunda geniş təqdimatla çıxış edib. O, sintetik yağlara yüksək temperatura davamlı oksidləşmə inhibitorlarının yaradılması, bu məqsədə nail olmaq üçün molekulun tərkibində azot, kükürd, bor, silisium atomları və müxtəlif funksional qruplar saxlayan, yüksək temperatura davamlı inhibitorların sintez metodlarının işlənilməsi və onların təsir mexanizmi öyrənilməsindən, sintez edilmiş birləşmələr və əmtəə aşqarlarının tətbiqi ilə qazturbin mühərrikləri üçün sintetik efir yağları əsasında yüksək temperaturlara (200-240 ºC) davamlı sürtkü kompozisiyalarının hazırlanması haqqında dünyada, Azərbaycanda, o cümlədən çalışdığı laboratoriyada yerinə yetirilən işlər, əldə olunan mühüm elmi nəticələr, bu istiqamətdə tanınmış alimlərimiz haqqında məlumat verib və çoxsaylı sualları cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.