ELM VƏ TƏHSİL
Tələbələr istehlakçı hüquqlarının qorunması barədə məlumatlandırılıblar
Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində tələbələr üçün “İstehlakçı fəlsəfəsi” mövzusunda təlim keçirilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, təlimdə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov tələbələrə müasir bazar iqtisadiyyatı şəraitində hər bir şəxsin istehlakçı hüquqlarının qorunmasını şərtləndirən mühüm göstəricilər barədə məlumat verib. O vurğulayıb ki, istehlakçılar hüquqlarını bilməli, qida və içki məhsullarının saxlanma şəraiti, yararlılıq müddəti və digər zəruri məlumatları əldə etməlidirlər. Çünki bu, təhlükəsizliyin təmin edilməsində müstəsna əhəmiyyətə malikdir.
Geniş fikir mübadiləsi formatında təşkil olunan təlimin sonunda fəallıq göstərən tələbələrə xüsusi sertifikatlar təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:53]
Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib
- 19.04.2024 [16:34]
Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb
- 19.04.2024 [14:30]