İQTİSADİYYAT
Tələbələr karyera imkanları və sığorta sahəsində könüllülük barədə məlumatlandırılıb
Bakı, 20 iyun, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) karyera imkanları və sığorta sahəsində könüllülük haqqında ətraflı məlumatın verilməsi məqsədilə palata tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin “Sabah” qruplarında “Maliyyə” və “İqtisadiyyat” ixtisasları üzrə təhsil alan tələbələrlə görüş keçirilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təqdimat zamanı palatanın nümayəndələri MBNP-da karyera imkanları və “Sığorta könüllüsü” mövzusunda çıxış ediblər.
İnteraktiv metodlar və dialoq formasında keçirilən təqdimat çərçivəsində MBNP-nin məqsədləri, fəaliyyət istiqamətləri, korporativ dəyərlər sistemi, işə qəbul proseduru və təcrübə imkanları, həmçinin sığorta departamentində könüllülük fəaliyyəti və müddəti, məqsədlər, könüllülük istiqamətləri və əldə olunan bilik və bacarıqlara dair mövzular müzakirə olunub.
Görüşdə 27 tələbə iştirak edib.