İQTİSADİYYAT


Tələbələr sığorta sahəsi üzrə maarifləndiriliblər

Bakı, 24 may, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetində təqdimat keçirilib.

MBNP-dən AZƏRTAC-a bildirilib ki, palatanın nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetinin "SABAH" qruplarının tələbələri qarşısında təqdimatla çıxış ediblər. Məqsəd tələbələrə Maliyyə Bazarlarına Nəzarət Palatasının rolu və səlahiyyətləri, maliyyə bazarlarının əsas sahələrindən biri kimi sığorta sferası üzrə maarifləndirmə işlərinin aparılması, o cümlədən palatanın karyera və təcrübə imkanları haqqında məlumatların təqdim olunmasıdır.

İnteraktiv metodlar və dialoq formasında keçirilən təqdimat çərçivəsində MBNP-nin məqsədləri, fəaliyyət istiqamətləri, sığorta bazarının müxtəlif aspektləri, sığorta risklərinin idarə edilməsi, o cümlədən korporativ dəyərlər sistemi, təcrübə imkanları və işə qəbul prosedurları ətrafında fikir mübadiləsi aparılıb.

Təqdimatda akademik heyətlə yanaşı, 60 tələbə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.