ELM VƏ TƏHSİL


Tələbələr startap barədə maarifləndirilib

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri və Vergilər Nazirliyinin əməkdaşı tələbələr üçün biznes və startap barədə maarifləndirici tədbir keçirib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, strateji inkişaf üzrə prorektor Ülkər Səttarova tələbələrə təlimin mahiyyətindən danışıb, “British Council” təşkilatının dəstəyi ilə reallaşan “Creative Spark” proqramı çərçivəsində keçirilən təlimlərin önəmini vurğulayıb. Prorektor diqqətə çatdırıb ki, bu təlimlərin məqsədi gənclər arasında innovativ sahibkarlıq və müəssisə idarəetmə təfəkkürünün formalaşdırılması, tələbələrə biznes ideyalarının həyata keçirilməsi üçün dəstək verilməsidir.

İİTKM tərəfindən idarə olunan “EnterpriseAzerbaijan” portalının meneceri Aytən Məmmədova təmsil etdiyi portal, onun missiya və məqsədləri barədə tələbələri məlumatlandırıb.

Vergilər Nazirliyinin nümayəndəsi Hacı Qasımov gənc startapçılara biznesə başlamaq üçün lazım olan prosedurlarla bağlı vacib məlumatları təqdim edib.

Azexport.az resursunun rəhbəri Zaur Qardaşov Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi, malların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın yaradılmasına xidmət edən portalın missiyası, fəaliyyət istiqamətləri haqqında tələbələrə ətraflı məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.