İQTİSADİYYAT


Tələbələr üçün Bakı Limanında açıq dərs keçirilib

Bakı, 12 oktyabr, Elvin Camalov, AZƏRTAC

Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Azərbaycan Texniki Universitetinin maşınqayırma sahəsi üzrə təhsil alan bir qrup 4-cü kurs tələbəsi üçün açıq dərs keçirilib.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, səfər zamanı ilk öncə Bərə terminalının müdiri Elimdar Kərimov tələbələrə yeni limanın əməliyyat imkanları haqqında məlumat verib. Qeyd olunub ki, burada işlərin böyük əksəriyyəti avtomatlaşdırılıb, yeni kranlar, yedək gəmiləri, yükqaldırıcı və yüknəqledici avadanlıqlar alınıb. Bütün bunlar Ələtdə yerləşən yeni Bakı Limanını regionun ən müasir və texnoloji cəhətdən qabaqcıl limanı adlandırmağa imkan verir.

Daha sonra tələbələr üçün tanışlıq ekskursiyası həyata keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.