Tələbələr üçün “Böyük ideya” startap yarışmasına start verilib
AzerTAg.az
Bakı, 18 fevral, AZƏRTAC
“British Council” tərəfindən həyata keçirilən “Creative Spark” layihəsi çərçivəsində ölkə üzrə “Böyük ideya” startap yarışmasına start verilib. Yarışma tələbələrin startap ideyalarının dəstəklənməsi və inkişaf etdirilməsi məqsədi daşıyır. Layihələr kreativ, texniki, sosial və iqlim dəyişikliyi kateqoriyaları üzrə qəbul olunur.
Bu barədə AZƏRTAC-a Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AzMİU) məlumat verilib. Bildirilib ki, tələbələr layihələrini təqdim etmək üçün universitetin nəzdində yerləşən İnnovativ Biznes İnkubator Mərkəzi ilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, layihə çərçivəsində əvvəlki illərdə universitetdaxili startap müsabiqələri keçirilib, daha sonra 5 komanda müxtəlif kateqoriyalarda mükafatlar qazanıb. Memarlıq fakültəsinin tələbəsi Sevən Məhəmmədpur 2019-cu ildə “Böyük ideya” startap yarışmasının Azərbaycan üzrə çempionu olub. 2020-ci ildə isə Tikinti-iqtisad fakültəsinin tələbəsi Solmaz Fətullayeva startap yarışmasında ölkə üzrə səsvermədə 1-ci yeri tutub.

Xəbərin mətnində orfoqrafik səhv var