ELM VƏ TƏHSİL


Tələbələr üçün QİÇS-lə mübarizəyə dair laborator testlər keçirilib

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Respublika QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Mərkəzinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən tələbələr üçün İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) görə laborator testlər keçirilib. Həmçinin, QİÇS-lə mübarizəyə dair maarifləndirici məlumatlar verilib.

Qeyd edək ki, tədbir “Avropa İİV-ə testləşmə həftəsi çərçivəsində reallaşdırılıb.

Kampaniya çərçivəsində aparılan tədbirlər İİV-in Azərbaycanda yayılmasının qarşısının alınması, əhalinin İİV-QİÇS barədə biliklərinin artırılması, sağlam və təhlükəsiz həyat tərzinin təbliği məqsədini daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.