İQTİSADİYYAT


Tələbələr üçün “Qiymətli kağızlar bazarı haqqında” maarifləndirici seminar təşkil olunub

Bakı, 13 mart, AZƏRTAC 

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən tələbələr üçün “Qiymətli kağızlar bazarı haqqında” maarifləndirici seminar keçirilib.

MBNP-dən AZƏRTAC-a bildirilib ki, ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş maliyyə savadlılığının artırılması istiqamətində tədbirlərdən biri olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Qiymətli kağızlar bazarı haqqında” maarifləndirici seminar təşkil edib. Seminarda Maliyyə Bazarlarına Nəzarət Palatasının kapital bazarına nəzarət idarəsinin, Bakı Fond Birjasının biznesin inkişafı qrupunun və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının mütəxəssislərinin təqdim etdiyi mövzular tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

İnteraktiv metodlar və dialoq formasında keçirilən seminar çərçivəsində qiymətli kağızlar bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə, investisiya xidmətlərinin növləri və emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri, praktiki mövzuları əhatə edən təqdimat mövzuları müzakirə olunub.

Təcrübə və diskussiyalarla zəngin olan təlimdə 40 tələbə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.