CƏMİYYƏT
Tələbələr üçün “Vəkil olmaq istəyirəm” adlı qış məktəbi keçiriləcək
Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Respublikasının Gənclər Fondu ilə birgə əməkdaşlıq çərçivəsində “Vəkil olmaq istəyirəm” adlı qış məktəbi təşkil edirlər.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildirilib ki, qış məktəbi hüquqşünas tələbələrin qış tətilini səmərəli keçirmək məqsədi daşıyır.
Məktəb tələbələrin qış tətili günlərində 7-10 gün müddətində olmaqla, bu ilin fevralında keçiriləcək.
Tələbələrin təcrübi biliklərə yiyələnməsi ilə yanaşı, asudə vaxtlarının maraqlı və rəngarəng təşkilinin də nəzərdə tutulduğu qış məktəbində qəbul müsahibə yolu ilə olacaq. Məktəbdə iştirak etmək arzusunda olan hüquqşünas tələbələr linki vasitəsi ilə qeydiyyatdan keçə bilərlər.
Əlaqələndirici şəxs Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin tədris işləri üzrə koordinatoru Günay Sultanovadır (tel. 012-594-99-85, 050-377-70-80).