İDMAN


Tələbələr üçün futzal idman növü üzrə ustad dərsləri keçirilib

Bakı, 8 noyabr, AZƏRTAC

Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün futzal idman növü üzrə AFFA mütəxəssisləri tərəfindən ustad dərsləri keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirin təşkilində əsas məqsəd tələbələr arasında futzal idman növünə olan marağı artırmaq, tələbələrdən ibarət futzal üzrə yığma komandanın beynəlxalq səviyyədə layiqincə təmsil olunmasını təmin etməkdən ibarətdir.

Tələbələr arasında futzal üzrə Respublika birinciliyinə hazırlıqla əlaqədar keçirilən tədbir çərçivəsində tələbə futbolçular AFFA-nın peşəkar məşqçilərinin rəhbərliyi ilə müxtəlif fəndlər nümayiş etdiriblər.

Tədbirin sonunda futzal üzrə AFFA-nın 19 yaşlılardan ibarət yığma komandası ilə Azərbaycan Texniki Universitetinin komandası arasında yoldaşlıq oyunu keçirilib.

Oyun 1:1 hesabı ilə başa çatıb.

Ustad dərslərinin digər ali təhsil müəssisələrində davam etdiriləcəyi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.