ELM VƏ TƏHSİL


Tələbələr üçün onlayn debat: Sən tək deyilsən, biz səninləyik

Bakı, 14 aprel, AZƏRTAC

Aprelin 14-də “Nadeshiko” Sosial və İqtisadi İnkişafa Yardım İctimai Birliyinin təşkilatçılığı ilə “Sən tək deyilsən, biz səninləyik!” adlı onlayn psixoloji debat təşkil olunub. “Zoom” platforması üzərindən keçirilən psixoloji debatda Bakı Slavyan Universitetinin (BSU) Ölkəşünaslıq Klubu İdarə Heyətinin üzvləri və digər ali məktəblərin tələbələri iştirak ediblər.

Bu barədə AZƏRTAC-a BSU-dan məlumat verilib. Bildirilib ki, tədbirin moderatoru, universitetin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbəsi Nizami Xəlil tələbə-gəncləri debatda fəal iştirak etməyə çağırıb.

Debatda çıxış edən “Nadeshiko” Sosial və İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri Orxan Sultanzadə intihar hallarının qarşısının alınması üçün hamının birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.

Milli Məclisin deputatı Vüqar İsgəndərov qeyd edib ki, gənclər arasında belə maarifləndirici debatların keçirilməsi böyük əhəmiyyət kəsb edir və bu cür tədbirlərin ardıcıl olaraq təşkil edilməsi çox vacibdir.

Psixoloq Orxan Fərəcli tələbələrin psixoloji problemləri, qarşılaşdığı çətinliklər barədə danışıb və onlara tövsiyələrini verib.

Debatda maraqlı müzakirə aparılıb və tələbə-gənclərin sualları cavablandırılıb.

Sonda Orxan Sultanzadə belə aktual mövzuda maarifləndirici tədbirin keçirilməsinə verilən dəstəyə görə universitetin rəhbərliyinə təşəkkür edib və onlara uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.