İQTİSADİYYAT


Tələbələr və gənc mütəxəssislər aktuari fəaliyyətinə dair maarifləndiriliblər

Bakı, 29 iyun, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı ilə sığorta savadlılığının artırılması məqsədilə tələbələr və gənc mütəxəssislər üçün aktuari fəaliyyəti mövzusunda maarifləndirici tədbir keçirilib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sığorta şirkətlərinin gənc mütəxəssislərinin, Azərbaycan Dövlət İqtisad Universitetinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinin iştirak etdiyi tədbirdə beynəlxalq təşkilat olan Sərhədsiz Aktuarlar Assosiasiyasının üzvü tərəfindən aktuari anlayışı, risk və sığorta, aktuarilərin sığortada rolu barəsində təqdimatlar edilib.

İnteraktiv formatda keçirilən tədbirdə suallar cavablandırılıb, müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.