ELM VƏ TƏHSİL


Tələbələr xarici dillərdə dövlət bayrağımızın tarixi haqqında məlumat veriblər

Bakı, 8 noyabr, AZƏRTAC 

Bakı Slavyan Universitetinin (BSU) Filologiya və xarici dil müəllimliyi fakültəsində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan fakültə dekanı, dosent Gültəkin Əliyeva Dövlət Bayrağı Gününün xalqımızın tarixində xüsusi bir gün kimi qeyd olunduğunu bildirib, iştirakçıları bayram münasibətilə təbrik edib.

Filologiya və xarici dil müəllimliyi fakültəsində təhsil alan tələbələr Azərbaycan, rus, ingilis, alman, fransız dillərində dövlət bayrağımızın tarixi haqqında məlumat veriblər.

Tədbirdə dövlət bayrağımızın tarixi ilə bağlı videoçarx nümayiş olunub. Sonra tələbələr vətənpərvərlik ruhunda şeir və mahnılar səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.