CƏMİYYƏT


Tələbələrə beyin ölümü ilə klinik ölüm arasındakı qısa zaman ərzində  xəstəni xilas etməyin yolları öyrədilir

Bakı, 18 oktyabr, AZƏRTAC

Bu ildən Azərbaycan Tibb Universitetinin I kursunda tədrisi zamanı yeni sistem tətbiq olunur. Universitet rektorunun əmrinə əsasən, I kurs tələbələri artıq ilkin tibbi yardım kimi vacib dərsi mulyajlar vasitəsilə praktiki bacarıq formasında keçəcəklər.

AZƏRTAC xəbər verir ki, Tibb Universitetinin ümumi cərrahiyyə kafedrasının assistenti Elnur Qasımovun təhsil ocağının mətbuat xidmətinə verdiyi məlumata görə, yeni sistem tələbələrin praktiki biliklərini artırmasına yardımçı olacaq: “Bu ilki tədris ilində pilot proqram tətbiq olunur. Məsələn, dərsdə tələbələrə ürəyin qapalı masajı və süni tənəffüs verilməsi prosesini öyrədirik. Onu dünyada qəbul olunmuş terminə əsasən “CPR” adlandırırlar. Pilot proqram tələbələrə dünyada qəbul olunmuş sistemləri öyrətmək, həmçinin beynəlxalq terminlərə alışdırmaq məqsədi ilə tətbiq edilir. Düzdür, Azərbaycan dilində bu termin aydın səslənməsə də, beynəlxalq standartlara uyğun olaraq dərsin adı “CPR” kim tanınır. Dərsin tədrisində əsas məqsəd gələcək həkimlərin zərər çəkənlərə ilk tibbi yardımı göstərmək bacarığına yiyələnməyi öyrətməkdir”.

Onun dediyinə görə, pilot layihəsi çərçivəsində I kurs tələbələrinə 9 əsas bacarıq öyrədilir: “CPR (ürək masajı), Hemlix manevrası (nəfəs tıxılması nəticəsində qarının üstünü basma bacarığı), aseptika, antiseptika qaydaları və sarğıların qoyulması, qanaxmaların dayandırılması, nəbzin, tənəffüsün və arterial təzyiqin ölçülməsi, iynələrin vurulması (əzələ və venadaxili), sınmış və çıxığı olan xəstələrə ilk yardım, şinaların qoyulması, xəstələrin daşınma qaydaları və nəhayət, dəm qazı ilə zəhərlənən və yanğın xəsarəti alanlara ilk yardımın göstərilməsi.

Amerika Ürək Assosiasiyasının tərtib etdiyi protokola əsasən universitet tələbələrinə həmin dərs standart qaydalarla keçirilir. Protokolda əsas şərt xəstələrə vaxtında, düzgün və dəqiq şəkildə ilk yardımı göstərməkdir. Məsələ burasındadır ki, həmin yardım vaxtında göstərilməsə, beyin ölümünə aparıb çıxarır və sonrakı yardımın heç bir faydası olmur. Beyin ölümü ilə klinik ölüm arasında 3-4 dəqiqə vaxt var. Həmin vaxt ərzində həkimlər xəstənin həyatını xilas etmək mümkün olan hər şeyi etməlidir. Ona görə də tələbələr həmin prosedura elə mənimsəməlidirlər ki, üzləşdikləri hansısa hadisə zamanı təcili tibbi yardım göstərə bilsinlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.