CƏMİYYƏT


Tələbələrə müasir prokurorluğun inkişafında Heydər Əliyevin rolu barədə məlumat verilib

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil dövlətimizin qurucusu, zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvəti olan, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Baş Prokurorluq tərəfindən silsilə tədbirlər keçirilməkdədir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu tədbirlərin davamı olaraq, fevral 2-də Ulu Öndər tərəfindən təsis edilmiş gənclər gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı konfrans təşkil olunub.

Konfransda Bakı Dövlət və ADA universitetləri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik, Milli Aviasiya, Dövlət Gömrük Akademiyalarının tələbələri, habelə Dövlət Təhlükəsizliyi Xidməti, Polis, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin Akademiyalarının kursantları iştirak ediblər. Həmçinin tədbirə onlayn rejimində Naxçıvan Dövlət Universitetinin tələbələri və müəllim heyəti qoşulublar.

Tədbirdə Milli Məclisin deputatları Nizami Səfərov “Heydər Əliyevin hüquqi islahatlar strategiyası və beynəlxalq hüquq sisteminə inteqrasiya”, Kamal Cəfərov “Gənclərin intellektual, fiziki və mənəvi inkişafında Heydər Əliyevin rolu”, Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov “Heydər Əliyev və hüquqi dövlət quruculuğu”, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Heydər Əliyev və vətəndaş cəmiyyəti”, Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri İsaxan Vəliyev “Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusu”, “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin rəhbəri Seyfulla Aslanov “Müasir prokurorluğun inkişafında Heydər Əliyevin irsi”, birliyin idarə heyətinin üzvü Zahid Vəliyev “Gənclərin sosial rifahında Ümummilli Liderin müstəsna rolu” mövzularında çıxışlar ediblər.

Bundan əlavə, konfransda Elm-Tədris Mərkəzinin əməkdaşları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair müxtəlif mövzularda təqdimatlar ediblər.

Konfransda iştirak edən gənc hüquqşünaslar tərəfindən maraqlı çıxışlar edilib.

Tədbirdə milli vətənpərvərlik ruhunda mahnılar ifa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.