ELM VƏ TƏHSİL
Tələbələrə rəqəmsal maliyyə texnologiyalarına dair açıq dərs keçirilib
Bakı, 14 may, AZƏRTAC
"Maliyyə və rəqəmsal texnologiyalar həftəsi" çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP), Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinə "Rəqəmsal maliyyə texnologiyalarının inkişafı dövründə mövcud trendlər və əmək bazarına təsiri" adlı açıq dərs təşkil edilib.
ABA-dan AZƏRTAC-a bildirilib ki, tələbələrə "Rəqəmsal texnologiya dövründə karyera imkanları", "İnternet bankçılığın biznesdə rolu və istifadənin gətirəcəyi üstünlüklər" və "Süni intellekt və “Blockchain” gələcəyimizi necə dəyişəcək?" mövzuları üzrə seminarlar keçirilib.
Seminarda "Accessbank" QSC, "Expressbank" ASC və "Cryptoyote" şirkətinin mütəxəssisləri təlimçi olaraq çıxış ediblər.