ELM VƏ TƏHSİL


Tələbələrə təcrübə proqramları və işə qəbul qaydaları barədə məlumat verilib

Bakı, 23 noyabr, AZƏRTAC

Noyabrın 23-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Təcrübə və iş imkanları” mövzusunda seminar təşkil olunub.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə SOCAR, “Azercell Telekom”, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi kimi qurumların təcrübə proqramları və işə qəbul qaydaları haqqında məlumat verilib. Tədbir iştirakçıları ilə ATMU-nun rektoru İlham Mədətov arasında keçirilən görüşdə əməkdaşlıq imkanları müzakirə olunub.

Seminarda iş imkanları və işə qəbul qaydaları kimi məsələlər barədə məruzələr dinlənilib, tələbələrin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.