ELM VƏ TƏHSİL


Tələbələrin 67-ci elmi-texniki konfransına yekun vurulub

Bakı, 14 dekabr, AZƏRTAC

Dekabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunmuş tələbələrin 67-ci elmi-texniki konfransının yekun iclası keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, iclasda çıxış edən rektor Mustafa Babanlı akademik Azad Mirzəcanzadənin elmi irsindən və Azərbaycan elminə verdiyi töhfələrdən danışıb. Dünya şöhrətli akademikin 400-dən çox elmlər namizədi və 110 nəfərdən çox elmlər doktoru yetişdirdiyini deyən rektor belə bir görkəmli alimə həsr olunan elmi konfransın xüsusi əhəmiyyət daşıdığını bildirib. M.Babanlı, həmçinin tələbələrin məruzələrindən, hazırlıq səviyyələrindən və konfransın yekun hesabatından danışıb.

Sonra geologiya və geofizika bölməsinin sədri, dosent Südabə Əliyeva, qaz-neft mədən bölməsinin sədri, dosent Malik Abdullayev, kimya texnologiyası və sənaye ekologiyası bölməsinin sədri, professor Keykavus Əcəmov, neft-mexanika bölməsinin sədri, dosent Cəmaləddin Aslanov, energetika bölməsinin sədri, professor Əskər Kuliyev, informasiya texnologiyaları və idarəetmə bölməsinin sədri, dosent Faiq Hacıyev, iqtisadiyyat və menecment bölməsinin münsifi, dosent Zaur Əsədov, ictimai elmlər bölməsinin sədri, dosent Yaşar Əhmədov və xarici dillər bölməsinin sədri Nuriyyə Şirinova konfransın yekununa dair hesabat nitqi ilə çıxış ediblər.

Sonda bakalavr və magistr səviyyələri üzrə I, II və III yerləri tutan tələbələrə diplomlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.