REGİONLAR


Tələbələrin Dövlət Miqrasiya Xidmətində istehsalat təcrübəsi uğurla davam edir

Naxçıvan, 10 may, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisasının IV kurs tələbələri muxtar respublikanın Dövlət Miqrasiya Xidmətində istehsalat təcrübəsi keçirlər. İstehsalat təcrübəsi mayın 27-dək davam edəcək.

Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədris müddəti ərzində tələbələrin keyfiyyətli və müasir metodlarla təcrübə keçmələri üçün bütün zəruri imkanlar yaradılıb. Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanan və təsdiq olunan tədris proqramlarında xidmətin təcrübəli əməkdaşları tərəfindən tələbələr miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi, miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi mövzuları ilə yaxından tanış edilirlər. Bununla yanaşı, miqrasiya proseslərinin yaranmasına səbəb olan siyasi amillər və müasir miqrasiya proseslərinin predmetləri, sərhəd buraxılış məntəqələrində miqrasiya bölmələrinin fəaliyyəti və digər əhəmiyyətli mövzularla bağlı məlumat verilir, tələbələrin ayrı-ayrı sahələrlə tanışlığı təmin olunur. Dərslər slayd və vidoeçarxlarla tədris olunur ki, bu da təcrübə müddətində dərslərin vizual olaraq effektiv və keyfiyyətli şəkildə öyrənilməsi baxımından əhəmiyyətlidir. Tələbələr xidmətin müxtəlif struktur bölmələrində mövcud iş prosesləri ilə də tanış edilir və müəyyən sahələrdə ilkin peşə vərdişlərinə yiyələnirlər.

Təcrübə müddətində tələbələr Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin fəaliyyəti ilə də tanış olublar. Xidmət əməkdaşları tərəfindən mərkəzin iş prinsipi barədə ətraflı məlumatlar verilib. Bildirilib ki, qanunvericiliyin tələblərini pozmuş, maddi vəsaiti və yaşayış yeri olmayan miqrantların, o cümlədən qaçqın statusu almaq istəyənlərin mərkəzdə müvəqqəti qalmaq üçün könüllü müraciəti təmin edilir.

Qeyd edək ki, istehsalat təcrübəsini müvəffəqiyyətlə başa vuran tələbələrə şəhadətnamələr təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.