ELM VƏ TƏHSİL


Tələbələrin pedaqoji təcrübəsi yekunlaşıb

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi şurasının qərarı ilə təsdiq edilmiş 2020/2021-ci tədris ilinin yaz semestrində təcrübənin təşkilinə dair qaydalara əsasən universitetdə pedaqoji təcrübə təşkil edilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, 4513 tələbə pedaqoji təcrübədə iştirak edib. COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ümumtəhsil müəssisələrinə girişə məhdudiyyətin qoyulması ilə əlaqədar, təcrübənin ənənəvi şəkildə təşkili mümkün olmayıb və pedaqoji təcrübənin distant təşkilini təmin etmək məqsədilə “Microsoft Teams” platformasında metodistlər, pedaqoq və psixoloqlar da daxil edilməklə ixtisaslar üzrə təcrübəçi tələbələrin komandaları yaradılıb. Metodistlər üçün gündəlik dərs qrafiki tutulub və dərslər (distant formada) keçirilib. Təcrübənin onlayn keçirilməsini nəzərə alaraq tələbələrin yerinə yetirdikləri işlərin və qiymətləndirməyə təqdim etdikləri sənədlərin həcmi 50 faizə qədər azaldılıb.

Distant dərslər zamanı tələbələrə pedaqoji təcrübənin zəruri əhəmiyyəti, qaydaları haqqında məlumat verilib, nümunəvi dərslər keçirilib, müxtəlif fənlərə aid videodərslər nümayiş etdirilib, sınaq dərsləri üçün icmal və planların hazırlanması istiqamətində metodiki kömək göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.