ELM VƏ TƏHSİL


Tələbələrin təqaüdünün artırılması xüsusilə doktorant və magistrantlar üçün böyük əhəmiyyət kəsb edir

Bakı, 16 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin doktorantların, ali və orta təhsil müəssisələrində təhsil alan bakalavr və magistr tələbələrinin təqaüdünün artırılması barədə sərəncamları məni də sevindirdi. Hesab edirəm ki, bu, xüsusilə doktorantura və magistratura pilləsində təhsil alan tələbələr üçün böyük əhəmiyyət kəsb edir. Çünki bu pillədə təhsilini davam etdirənlər artıq müəyyən yaş həddinə çatmış olurlar və əlbəttə ki, valideynlərdən asılı olmaq istəmirlər.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin inşaat materialları kafedrasının müdiri, professor İradə Şirinzadə deyib.

“Doktorantlarla həmişə ünsiyyətdə olduğum üçün bilirəm ki, onların tədqiqat işlərinin yerinə yetirilməsi və apardıqları tədqiqatların nəticələrini nəşr etdirmək üçün müəyyən maddi vəsait tələb olunur. Bu nöqteyi-nəzərdən baxsaq, çox vaxtında verilmiş qərardır və bunun üçün hörmətli Prezidentimizə təşəkkür edirəm”, - deyə İradə Şirinzadə bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.