İQTİSADİYYAT
“Telefon nömrəsi üzrə axtarış” xidməti istifadə sayına görə ilk pillədə qərarlaşıb
Bakı, 13 fevral, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) göstərdiyi elektron xidmətlər arasında yanvar ayında ən çox dörd e-xidmətdən istifadə edilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu sıraya “Telefon nömrəsi üzrə axtarış”, “Mobil cihazların qeydiyyatdan keçirilməsi”, “Mobil cihazların IMEI kodunun yoxlanılması” və “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” daxildir.
“Telefon nömrəsi üzrə axtarış” xidməti 76 min 627 istifadə sayına görə ilk pillədə qərar tutub. İstifadəçilər “Mobil cihazların qeydiyyatdan keçirilməsi” xidmətindən 59 min 455, “Mobil cihazların IMEI kodunun yoxlanılması” xidmətindən 39 min 327 və “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” xidmətindən 2 min 160 dəfə yararlanıblar.