İQTİSADİYYAT


Telefon qovşaqlarının adları dəyişdirilib

Bakı, 30 noyabr, AZƏRTAC

“Bakı Telefon Rabitəsi” MMC-nin strukturuna daxil olan Telefon qovşaqları hazırda Rabitə Xidmətləri Mərkəzləri adı altında xidmət göstərir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, Yasamal Telefon Qovşağı – 1 saylı Rabitə Xidmətləri Mərkəzi, Xətai Telefon Qovşağı – 2 saylı Rabitə Xidmətləri Mərkəzi, Nizami Telefon Qovşağı – 3 saylı Rabitə Xidmətləri Mərkəzi, Sabunçu Telefon Qovşağı – 4 saylı Rabitə Xidmətləri Mərkəzi, Xəzər Telefon Qovşağı – 5 saylı Rabitə Xidmətləri Mərkəzi, Qaradağ Telefon Qovşağı – 6 saylı Rabitə Xidmətləri Mərkəzi kimi fəaliyyətini davam etdirir.

Məlumat üçün bildirilib ki, “Bakı Telefon Rabitəsi” MMC-nin şəbəkəsində mövcud olan 200-dən çox böyük və kiçik tutumlu ATS-lər vasitəsilə Rabitə Xidmətləri mərkəzlərində müxtəlif növ telekommunikasiya xidmətləri göstərilir, eyni zamanda bu xidmətlər üzrə sənədləşdirmə və ödənişlərin qəbulu həyata keçirilir.

Qeyd edək ki, 2017-ci il iyulun 19-da “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB) yenidən təşkil olunaraq “Bakı Telefon Rabitəsi” MMC-yə çevrilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.