MƏDƏNİYYƏT


“Telefonçu qız”ın əcnəbi qəhrəmanı: Yenə də günəşin istisinə sığınaraq Xəzərin sahilində gəzmək istərdim

Kiyev, 12 sentyabr, AZƏRTAC

78 yaşlı aktrisa. Onunla söhbət edəndə fikrimdə Hüseyn Cavidin “Mən gözəllərdə gözəl ruh araram” misrası dolaşdı. Onun gözəlliyinin ruhuna bağlı olduğunu düşündüm və düşüncəmdə yanılmadım. Aktrisanın işıqlı siması və cazibədarlığı istənilən millətin obrazını oynamağa imkan verib.

Azərbaycanda istehsal olunan “Telefonçu qız” filmində Mehriban obrazını canlandıran Ukraynanın Xalq artisti Raisa Nedaşkovskayanın ahıl yaşında belə həyat eşqi, üzündəki nur onun gözəl ruhuna bağlıdır. O Azərbaycan filmlərinin əcnəbi qəhrəmanı kimi ölkəmizdə seçilən aktrisalardan biridir. 17 yaşında oynadığı ilk filmdəcə məşhurlasan Raisa Nedaşkovskaya Həsən Seyidbəylinin rejissor kimi kinoda ilk işi olan “Telefonçu qız”a çəkiləndə 19 yaşı var idi.

Raisa Nedaşkovskaya AZƏRTAC-a açıqlamasında ilk dilə gətirdiyi kəlmə bu oldu: “Azərbaycanı çox sevirəm!” Sonuncu dəfə Bakıda 40 il bundan qabaq olduğunu deyən aktrisa yenə də günəşin istisinə sığınaraq Xəzərin sahilində gəzmək istədiyini dilə gətirib: “Azərbaycanda unudulmadığım üçün bir qadın kimi özümü xoşbəxt sayıram. Azərbaycan mənə əzizdir, “Telefonçu qız” filmindəki Mehriban obrazı karyeramda ən uğurlu rollarımdan biridir”, - deyə Raisa Nedaşkovskaya əlavə edib.

50-yə yaxın filmdə müxtəlif obrazlar canlandırdığını deyən ukraynalı aktrisa Mehriban obrazını çox sevdiyini bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.