Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 768-VIQD nömrəli Qanununun tətbiqi və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 768-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-1.2-ci maddəsində, 13.2-2-ci maddəsinin ikinci cümləsində, 13.3-1-ci, 13.3-2-ci maddələrində, 13.4-1-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 13.4.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 13.4-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;

1.3. həmin Qanunun 13.2-2-ci maddəsinin ikinci cümləsində, 13.3-1-ci və 13.3-2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Qanunun 13.2-1.2-ci maddəsində, 13.4-1-ci maddəsinin birinci cümləsində (ikinci halda) və 13.4.3-cü maddəsində “orqan (qurum)” dedikdə Dövlət Radiotezliklər İdarəsi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Qanunun 13.4-1-ci maddəsinin birinci cümləsində birinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nəzərdə tutulur;

1.6. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 768-VIQD nömrəli Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.7. həmin Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində:

2.1.1. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, beynəlxalq və ölkə səviyyətli tədbirlərin, o cümlədən idman yarışlarının keçirildiyi müddətdə radiotezlik zolaqlarından istifadə hüququnun məhdudlaşdırıldığı zaman radiotezlik istifadəçilərinə kompensasiyanın ödənilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.1.2. həmin Qanunun 13.2-2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, radiotezliklərdən istifadəyə dair müqavilənin nümunəvi formasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1.3. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 768-VIQD nömrəli Qanununun 2-ci maddəsinə uyğun olaraq, radiotezliklərin müddətli ayrılmasına keçid ilə əlaqədar olaraq, radiotezlik istifadəçilərinə vurulan zərərə görə kompensasiyanın verilməsi şərtlərini və mexanizmini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.2. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 768-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 709; 2006, № 5, maddə 404, № 11, maddə 947; 2007, № 6, maddə 601; 2009, № 4, maddə 226; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 8, maddə 1384; 2017, № 3, maddələr 374, 382, № 6, maddələr 1066, 1095, № 8, maddə 1521, № 12 (I kitab), maddə 2322; 2018, № 6, maddə 1237; 2019, № 7, maddə 1215; 2020, № 8, maddə 1033; 2022, № 5, maddə 471, № 8, maddələr 840, 894) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə “7.10-1-ci,” sözlərindən sonra “13.2-1.2-ci maddələrində, 13.2-2-ci maddəsinin ikinci cümləsində, 13.3-1-ci, 13.3-2-ci maddələrində, 13.4-1-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində,13.4.3-cü,” sözləri əlavə edilsin;

3.2. aşağıdakı məzmunda 2.2-1-ci, 2.2-2-ci, 2.14-cü və 2.15-ci bəndlər əlavə edilsin:

“2.2-1. həmin Qanunun 13.4-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;

2.2-2. həmin Qanunun 13.2-2-ci maddəsinin ikinci cümləsində, 13.3-1-ci və 13.3-2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

“2.14. həmin Qanunun 13.2-1.2-ci maddəsində, 13.4-1-ci maddəsinin birinci cümləsində (ikinci halda) və 13.4.3-cü maddəsində “orqan (qurum)” dedikdə Dövlət Radiotezliklər İdarəsi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

2.15. həmin Qanunun 13.4-1-ci maddəsinin birinci cümləsində birinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nəzərdə tutulur.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 fevral 2023-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin