ELM VƏ TƏHSİL


Teleradio məkanında vurğulara riayət edilməməsi ədəbi tələffüzə xələl gətirir

Bakı, 17 avqust, AZƏRTAC

Teleradio məkanında danışıq zamanı vurğulara riayət edilməməsi ədəbi tələffüzə xələl gətirən amillərdəndir. Bu hal daha çox mürəkkəb və alınma sözlərdə vurğunun yerinin düzgün təyin edilməməsi, çoxhecalı sözlərdə və söz birləşmələrində dinamik vurğunun qarşılaşdırılması şəklində müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat teleradio məkanında ədəbi dil normalarına riayət edilməsi ilə bağlı aparılan monitorinqlərin nəticələri ilə bağlı hesabatda əks olunub. Hesabatda bildirilir ki, ən çox rast gəlinən nitq qüsurlarından biri də sintaqmlara düzgün riayət olunmamasıdır. Nitqin fonetik parçalarının yanlış intonasiya ilə oxunması fikir dolaşıqlığı və məntiqsizlik yaradır. Belə ki, nitq axınında əmələ gələn yersiz pauzalar dinamikliyi ləngidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.