CƏMİYYƏT


Teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinə əməl edilib-edilməməsi məsələsi müzakirə olunub

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Milli Televiziya və Radio Şurası Aparatından AZƏRTAC-a bildiriblər ki, iclasda teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinə teleradio yayımçıları tərəfindən əməl edilib-edilməməsi məsələsi müzakirə olunub.

İclasda, eyni zamanda, “Caspium Group” MMC-nin xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün lisenziya alınması barədə müraciətinə baxılıb. “Caspium Group” MMC ilə KREA İÇERİK HİZMETLERİ VE PRODÜKSİYON A.Ş. (DİGİTURK) arasında bağlanmış 2018-ci il 3 avqust tarixli Distribüterlik Müqaviləsinə əsasən, DİGİTÜRK-ə məxsus teleradio məhsullarının (DİGİPAKET) satış hüququnun Azərbaycan ərazisində “Caspium Group” MMC-yə məxsus olduğu müəyyən edilib və ona xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün müddətsiz lisenziya verilib.

Həmçinin “Roberts Cafe” MMC barəsində başlanılmış inzibati icraata dair işə baxılıb və ona xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün verilmiş lisenziyanın qüvvəsinə xitam verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.