Təlim: Korrupsiyaya qarşı mübarizə və dövlət qulluğunda etik qaydaların tətbiqi məsələləri
AzerTAg.az
Bakı, 18 may, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi Dövlət Turizm Agentliyinin əməkdaşlarına “Korrupsiyaya qarşı mübarizə və Dövlət qulluğunda etik qaydaların praktiki tətbiqi məsələləri” mövzusunda təlim keçirib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, təlimdə korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya hüquqpozmalarının növləri və məsuliyyət, korrupsiyaya qarşı mübarizə metodları və vasitələri, müvafiq sahədə beynəlxalq təcrübə, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizədə əldə edilmiş nailiyyətlər, eləcə də dövlət qulluqçularının etik davranış qaydaları və onların əhəmiyyəti, korrupsiya ilə mübarizə və etik davranış qaydalarının tətbiqi məsələləri barədə məlumat verilib. Həmçinin korrupsiya ilə mübarizə və etik davranış qaydaları mövzusunda keyslər həll edilib. Sonda təlim iştirakçılarının sualları cavablandırılıb.
Təlim Mərkəzin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov tərəfindən keçirilib. Ümumilikdə təlimdə 17 dövlət qulluqçusu iştirak edib.

Xəbərin mətnində orfoqrafik səhv var