REGİONLAR


Təlim-Tədris Mərkəzində “Əli və Nino” romanının müzakirəsi olub

Naxçıvan, 11 oktyabr, AZƏRTAC

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Qurban Səidin “Əli və Nino” romanının müzakirəsi olub.

Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Qarnizonunun şəxsi heyəti qarşısında çıxış edən Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamına əsasən “Əli və Nino” romanının “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edildiyini bildirib.

Qeyd edilib ki, dünyanın 30-dan çox dilinə tərcümə olunan əsərdə əcdadlarının adət-ənənələrinə sadiq qalan, Vətəni uğrunda həyatını qurban verməyə hər an hazır olan Əlinin gürcü qızı Ninoya olan sonsuz məhəbbəti öz əksini tapıb.

Tədbirdə çıxış edənlər əsərin spesifik xüsusiyyətlərindən danışıblar.

Sonra “Əli və Nino” əsərinə aid suallara düzgün cavab verən Heydər Əliyev adına Hərbi Liseyin kursantları və əsgərlər mükafatlandırılıblar.

Sonda “Əli və Nino” romanının motivləri əsasında çəkilmiş eyniadlı bədii filmə baxış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.