ELM VƏ TƏHSİL


Təlim nəticələri zəif olan 18 məktəbdə şagirdlərin öyrənmə ehtiyacları müəyyənləşdiriləcək

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasındakı mövcud əməkdaşlıq çərçivəsində Təhsil İnstitutu tərəfindən “Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)” adlı layihənin icrasına başlanılıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi COVID-19 pandemiyasının təhsilə mənfi təsirini azaltmaq məqsədilə şagirdlərin öyrənmə ehtiyaclarını yerlərdə müəyyən etmək, bu ehtiyacları aradan qaldırmaq və məktəbdə həm pandemiya dövründə, həm də pandemiyadan sonra təhsilin düzgün təşkilinə təkan vermək üçün ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin peşəkar inkişafını təmin etməkdir.

İlkin mərhələdə institutun 2020/2021-ci tədris ili ərzində həyata keçirdiyi milli qiymətləndirmə tədqiqatlarının nəticələrinə əsasən 6 bölgənin (Gəncə, Qobustan, Ağsu, Hacıqabul, Goranboy və Beyləqan) ümumilikdə aşağı təlim nəticələri olan 18 məktəbinin təxminən 1300 şagirdinə öyrənmə ehtiyaclarına uyğun dəstək veriləcək. Eyni zamanda, həmin şəhər və rayonların diaqnostik qiymətləndirmədən aşağı bal toplamış 30-55 yaşlı, peşəkar inkişaflarının təkmilləşdirilməsinə ehtiyac duyulan 75 müəlliminə fərdi məsləhət xidməti göstəriləcək.

Layihə 2022-ci ilin may ayının sonunadək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.