CƏMİYYƏT


“Təmiz hava” aylığı çərçivəsində Daşkəsəndə nəqliyyatın sıx olduğu yerlərdə reyd keçirilib

Bakı, 12 avqust, AZƏRTAC

Daşkəsən Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 12 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinin əməkdaşlarının birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən “Təmiz hava” aylığı çərçivəsində Daşkəsəndə nəqliyyatın sıx olduğu yerlərdə reyd keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, belə reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

Rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi və ETSN-in əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrindəki avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Bununla yanaşı dəfələrlə maarifləndirici işlər, qanunamüvafiq digər tədbirlər görülməsinə baxmayaraq, reyd zamanı sürücülük hüququ olmadan avtomobil idarə edərək həm nəqliyyatın, həm də piyadaların hərəkəti üçün təhlükə törədən sürücülər aşkarlanıb.

Eyni zamanda, sərnişindaşıma və digər kobud qayda pozuntularına yol verən sürücülər də müəyyənləşdirilərək barələrində protokol tərtib olunub. Dövlət yol polisinin və ETSN-in birgə təşkilatçılığı ilə keçirilən “Təmiz hava” aylığı aksiyası avqustun 31-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.