“Təmiz hava” aylığı çərçivəsində Salyanda sürücülərlə profilaktik söhbətlər aparılıb
AzerTAg.az
Bakı, 24 may , AZƏRTAC
Salyanda Dövlət Yol Polisi Bölməsinin əməkdaşları "Təmiz hava" aylığı çərçivəsində tədbirləri davam etdirir.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirib ki, rayon polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb. Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülərlə profilaktik söhbətlər aparılıb.
Polis əməkdaşları sürücülərlə izahedici söhbətlər də apararaq avtomobillərin saz vəziyyətdə saxlanılması barədə tövsiyələr veriblər.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.



Xəbərin mətnində orfoqrafik səhv var